“Team management” olaraq tanıdığımız heyətin idarə olunması effektiv şəkildə həyata keçirilərsə, biznesin dayanıqlı inkişafında önəmli rol oynayan faktorlardan biri hesab olunur.
Gəlin heyətin düzgün idarə olunması və lazımi dəstəyin göstərilməsinin şirkətinizə gətirəcəyi üstünlükləri öyrənək:
Xoşbəxt işçilər
Liderlik və menecmentin dəstəyi şirkət mədəniyyətinin ən vacib elementidir ki, işçilərin xoşbəxtlik səviyyəsini artırır və şirkətdən razı qalmasına səbəb olu, beləliklə də ikinci üstünlük yaranır.
İşçi dövriyyəsinin azalması
Şirkətdə rəhbərlik və işçi heyət arasında əlaqələrin zəifliyi işçilərin şirkətə olan bağlılığını azaldır və işçilər tez-tez dəyişərək yüksək işçi dövriyyəsi yaranır ki, bu da şirkətin işçi dövriyyəsini artırır. Artan işşçi dövriyyəsi isə xərclərin həcmini 81%-ə qədər çoxalda bilər. Beləliklə, işçilərlə mütəmadi əlaqələrin müsbət yöndə inkişafının işçi dövriyyəsini azaldaraq, paralel olaraq şirkətin xərclərini də azaldacaq.
Bundan başqa, yeni işçilərin adaptasiya müddətinə gedən vaxt, məhsuldarlığı azaldır:
Artan məhsuldarlıq
Effektiv komanda idarəçiliyi ilə siz işçilərin inkişaf etdiyi bir mühit formalaşdıra bilərsiniz ki, daim inkişafda olan heyət şirkətin də dəyərini artıraraq məhsuldarlığı zirvələrə qaldıra bilər. İşçilərin 77%-i pozitiv iş mühitinin mövcuduğunun onların işləri ən yaxşı şəkildə görmək qabiliyyətinə güclü təsir etdiyini bildirib.
Gördüyünüz kimi, sadalanan faktorlar birbaşa onlardan asılı olduğuna görə, komanda rəhbərləri və menecerlərinin şirkət uğurundaki rolu heç də gözardı ediləcək dərəcədə deyil.
Bəs komanda üzvlərinin effektiv idarə edilməsi üçün hansı amillər daha çox önəm daşıyır? Burada rol oynayan bir çox nüans olsa belə, gəlin başlıca üç amilə nəzər salaq:
Şəffaf ünsiyyət
Miskommunikasıyanın qarşısını almaq, heyət üzvlərinin 80%-nin çaşqınlıq və narazılığının, eləcə də stres və qorxularının da qarşısını alacaqdır. Buna görə də komanda üzvlərinə məqsədlər, tapşırılan işlər və son tarixləri haqqında aydın məlumatın çatdırılmasını təmin etmək önəmlidir. Bu şəffaflıq komandaya öz məhsuldarlığına və əməkdaşlığa diqqət yetirməyə imkan verir.
Rəy bildirmək və almaq
Komanda üzvlərinə rəy bildirmək, onlara peşəkar və şəxsi inkişafda kömək edə biləcəyiniz ən yaxşı yollardan biridir. Bu yolla, komanda üzvlərinizin necə inkişaf etdiyini və daha da böyüyə biləcəyini hiss etdiyiniz barədə məsləhət verə bilərsiniz. Təkmilləşdirilə biləcəyinizə inandığınız hər hansı iş sahəsi varsa, bu müzakirələr həm də konstruktiv rəyinizi bölüşmək üçün yaxşı imkan yaradır. Eyni zamanda, rəy istəmək və qəbul etmək komanda meneceri kimi böyüməniz üçün əla bir yoldur.
P.S. “Doğru sözdən xəta gəlməz” isə də, “dilini saxlayan salamat olar”, ona görə də ehtiyatlı olun ki, sonra “Dilim-dilim olasan, dilim!” deməyəsiniz ;)
İşlərin düzgün bölgüsü
Menecerdən işçilərə bacarıq, təcrübə və səriştə əsasında tapşırıqlar verməsi gözlənilir. Onlar hər bir komanda üzvünün verilən tapşırıqları vaxtında yerinə yetirə biləcəyinə əmin olmalıdırlar. İdeal olaraq, hər bir komanda üzvünün ədalətli iş yükü olmalıdır. Unutmayaq ki, “Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir.” Lakin bir çox menecerlər düzgün iş bölgüsü barəsində uğursuzluğa düçar olurlar. Əslində, işçilərin 21% -i "çox vaxt" iş yükü ilə həddindən artıq yüklənmiş hiss edir və bu onların məhsuldarlığını azaldır.
Bəs düzgün iş bölgüsü necə təmin edilə bilər?
Cavab hər bir komanda üzvünə ötürülmüş tapşırıqları və son tarixləri mütəmadi olaraq nəzərdən keçirmək, və ehtiyac olduqda dəyişiklər etməkdir.