Bu halda gəlir vergisi hansı dərəcə ilə hesablanmalıdır?
Dövlət Vergi Xidmətindən bildirilib ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əməkhaqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0% dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14%-i həcmində tutulur.
Dövlət və neft-qaz sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2500 manatadək olan hissəsindən 14%, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 % dərəcəsi ilə vergi tutulur.
Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.