Konsultasiya – maraqlı olan təşkilatın problemlərinin araşdırılıb və həll edilməsi istiqamətində müəyyən ixtisaslı müstəqil şəxs tərəfindən göstərilən xidmətdir. Məqsədimiz müəssisə qarşısında təklif etdiyimiz xidmətlər çərçivəsində yaranan problemlərin həllində istənilən yardımın, mühasibat, vergi və kadr uçotu sahəsində bütün növ konsaltinq xidmətlərinin göstərilməsidir.
Peşəkar mütəxəssislərimiz sayəsində şirkətiniz vergi, vergi öhdəlikləri, hüquqi xidmətlər haqqında geniş məlumat ala və faydalana bilər. Komandamızın göstərdiyi xidmət sayəsində şirkətiniz vergi, eləcə də bununla bağlı hüquqi problemlərini daha asan və tez bir zamanda həll etmiş olacaq.