Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməklə aparılır. 2001-ci ilin 1 yanvar tarixindək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”.
Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs-fərdi sahibkar sahibkarlıq fəaliyyətinə başlayan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması elektron və ya kağız formatda aparılır.
VOEN.AZ olaraq fiziki və ya hüquqi şəxs üçün vöen, vöenə bağlı bank hesabının açılması, portaldan icazələrin alınması kimi xidmətləri təklif edirik.