voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Vergi borcunu öyrənmək

Vergi borcunuz varmı? Əgər varsa nə qədərdir? Bilmirsiniz? Elə isə bu barədə necə məlumat ala biləcəyimizi gəlin birgə öyrənək! 

Vergi borcumuzu bir neçə üsulla, çox asanlıqla öyrənməyiniz mümkündür, onları nəzərdən keçirək:

1-ci üsul: Veb sayt vasitəsilə

http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler&file=out&pid=79 ünvanına daxil oluruq və sadəcə VÖEN-i daxil etməklə vergi borcunu öyrənirik.

2-ci üsul: Çağrı Mərkəzinə zəng

195 Çağrı Mərkəzinə zəng edib, sonra "1" düyməsini seçirik, beləliklə də Vergilər Nazirliyinə qoşulmuş oluruq. Daha sonra öz VÖEN nömrəmizi yığaraq "#" (diyes) düyməsini seçirik. Bundan sonra siz cari tarixə olan vergi borcunuz haqqında informasiya əldə edəcəksiniz. 

3-cü üsul: Vergi idarəsinə onlayn giriş etmək

Vergi ödəyicisi olan şəxs ona məxsus istifadəçi kodu/parol/şifrə və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet vergi idarəsinin (https://login.e-taxes.gov.az/login/) «E-bəyannamə, ƏDV-DH və ŞHV» bölməsinə daxil olur. Burada isə «Şəxsi Hesab Vərəqəsi» bölməsinə keçid edilir, «Məlumat axtar» alt-bölməsi köməyilə də vergi öhdəlikləri və borcları barədə məlumat alınır.

4-cü üsul: SMS göndərmək

Vergilər Nazirliyinin təşəbbüsü ilə «İkitərəfli SMS xidməti» xidməti təqdim olunur. Bu xidmətə qoşularaq  (http://www.taxes.gov.az/195sms) vergi öhdəliklərimiz barədə 21 istiqamətdə, qısa mesaj (SMS) sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat əldə etmək mümkündür.

Xidmətdən istifadə etmək üçün sadəcə mobil telefonla *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000111*123456#yes) yığaraq qeydiyyatdan keçmək kifayətdir. 

 

Abunəçisiniz? O zaman qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 qısa nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər. 

Abunəçi deyilsiniz? Elə isə qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq mümkündür:

«1» - dövlət büdcəsinə vergi borcu haqqında;
«2» - təqdim olunmalı bəyannamələr haqqında;
«3» - fəaliyyətin aktivliyi və ya dayandırılması haqqında;
«4» - e-qutudakı yeni və ya oxunmuş məktublar haqqında və
«5» - qeydiyyata alınmış təsərrüfat subyektləri haqqında. 

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ