voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Vergi borcları vaxtında ödənilmədikdə...

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin əsas vəzifələrindəndir.
Vergi borclarının ödənilməsi iki qaydada aparılır:

- vergi ödəyicisi tərəfindən könüllü şəkildə;
- vergi orqanı tərəfindən inzibati tədbirlərin görülməsi yolu ilə.

Əgər vergi borcları könüllü şəkildə vaxtlı-vaxtında ödənilməyibsə, bu zaman vergi ödəyicisi olan şəxslər barəsində müvafiq inzibati tədbirlər görülür.

Vergi Məcəlləsinin 65.2-ci maddəsində deyilir ki, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

Başqa sözlərlə ifadə etsək, vergi ödəyicisi olan şəxs və ya vergi orqanı tərəfindən hesablanan və bəyan edilən vergilər qanunla müəyyən edilmiş vaxt müddəti ərzində könüllü şəkildə ödənilmədiyi təqdirdə, vergi orqanı vergi borclarının ödənilməsi üsulunu aşağıdakı qaydada təmin edir:

- vergi ödəyicisinin milli və xarici valyuta üzrə bank hesabları olduğu təşkilatlara (bank və kredit təşkilatlarına) sərəncam vermək yolu ilə;
- məhkəməyə şikayət etməklə məhkəmənin müvafiq qərarı vasitəsilə inzibati icraat haqqında qərarın qəbul edilməsi yolu ilə;
- vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının silinməsi yolu ilə;
- vergi ödəyicisinin borc məbləğinin 105 faizi həcmində ƏDV depozit hesabında dondurulması qərarı qəbul etməklə.

Nəzərinizə çatdıraq ki, Vergi Məcəlləsində hər bir verginin ödənilmə müddəti və bəyannamələrinin təqdim edilməsi müddəti xüsusi olaraq müəyyən edilib.