voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Vergi ödəyicisinə arayışlar necə verilir?

Xidmətin məzmunu

Bu xidmət "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə", "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə", "Vergi ödəyicisinin fəaliyyəti barədə", "Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə", "Vergi ödəyicisinin dövriyyəsi barədə", "Vergi ödəyicisinin mükəlləfiyyətləri barədə", "Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə", "Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə", "Vergi ödəyicisinin ödədiyi vergilər barədə", "Vergi ödəyicisinin işçinin olub-olmaması barədə", "Vergi ödəyicisinin vergi borcu barədə" və "Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi ödəyicisinə vergi borcu barədə" arayışların verilməsini əhatə edir.

Xidmətin həyata keçirilmə formaları

Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.

Xidmətin göstərilmə yeri

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanlarının inzibati binaları.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə - elektron formada (internet informasiya ehtiyatı vasitəsilə müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

İstifadəçi xidmətdən istifadə üçün kağız üzərində xidmətin göstərilmə yerinə, elektron formada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalına (e-taxes.gov.az) müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə arayış hazırlanaraq vergi ödəyicisinə təqdim edilir.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ