voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Vergi nəzarəti nədir və nələri əhatə edir

Vergi nəzarəti - büdcəyə vergilərin düzgün hesablanmasını, vaxtında və tam məbləğdə köçürülməsini, vergi qanunvericiliyinin riayət edilməsini təmin edən qanunla nəzərdə tutulmuş üsul və tədbirlərin məcmusudur.

Vergi nəzarəti dövlət nəzarətinin əsas funksiyasını həyata keçirir. Dövlət nəzarətinin məzmununu isə aşağıdakılar əhatə edır:

  1. Nəzarət altında olan obyektlərin fəaliyyəti üzərində müşahidə;

  2. Toplanmış informasiyanın təhlili, səbəb və təmayüllərin aşkara çıxarılması, proqnozların hazırlanması;

  3. Qanunçuluq və nizam-intizamın pozulması, ziyanlı nəticələrin, itkilərin, məqsədəuyğun olmayan hərəkətlərin qarşısının alınması üzrə tədbirlərin görülməsi;

  4. Konkret pozuntuların uçota alınması, onların səbəbləri və şərtlərinin aşkar olunması;

  5. Ziyanlı nəticələrə və yeni hüquq pozuntularına gələcəkdə yol verilməməsi məqsədilə qanunazidd fəaliyyətin qarşısının alınması;

  6. Qanunu pozanların aşkar olunması və onların məsuliyyətə cəlb olunması.

  7. Bütün bu müddəalar tam şəkildə vergi nəzarətinin məzmununu təşkil edir.

 

Vergi nəzarətinin ən səmərəli forması sənədli yoxlamalardır. Lakin bu forma ilə yanaşı vergi orqanları tərəfindən operativ mühasibat uçotunun, qarşılıqlı yoxlamaların aparılması, başqa şəxslərdən informasiyanın alınması üsullarından da istifadə edilir. Vergi orqanlarının vergi nəzarəti üzrə səlahiyyətləri onların əsas vəzifələrinin – vergi qanunvericiliyinə riayət olunması funksiyalarının yerinə yetirilməsi üçün müstəsna əhəmiyyətə malikdir.

 

Vergi nəzarətini Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində Vergi Məcəlləsinə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.

Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara baxış keçirməklə və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.

 

Vergi nəzarətinin zəruriliyi, həmçinin, vergi ödəyicilərinin vergilərin ödənilməsindən yayınmasının mövcudluğundan irəli gəlir. Bu hal vergitutmanın yaranması ilə paralel olaraq inkişaf etmiş və sabit qanunauyğunluq formasını almışdır.

 

Vergidən yayınmanın mənəvi səbəblərini vergi ödəyicilərinin çoxu vergi yükünün ağırlığı ilə əsaslandırırlar. Vergilər hesabına formalaşan büdcədən maliyyələşdirilən və dövlət tərəfindən həyata keçirilən ictimai tələbat bir çox hallarda vergi ödəyiciləri tərəfindən real olaraq dərk edilmir. Vergidən yayınmanın siyasi səbəbinə, hər şeydən əvvəl, iqtisadi siyasətin istiqamətlərinin müəyyən edilməsi zamanı xərclərin lobbiləşdirilməsi meyillərini aid etmək olar. İqtisadi səbəblərə isə vergi ödəyicilərinin yayınması zamanı əldə etdikləri səmərəni aid etmək olar. Vergidən yayınmanın əsas səbəblərindən biri milli vergi qanunvericiliyinin mürəkkəbliyi və çaşqınlığı səbəb ola bilər. Vergitutmanın texniki mürəkkəbliyi, vergilərin hesablanması vergi ödəyicisinə qanunları pozmadan vergidən yayınmağa imkan verir.


Yekun olaraq qeyd edə bilərik ki, Vergi nəzarəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətləri çərçivəsindədir. Bundan başqa, nəzarət funksiyasını informasiyanın düzgünlüyünü yoxlayan və bunları mühasibat və vergi hesabatlarında əks etdirən auditorlar, vergilərin bütün səviyyəli büdcələrə tam və vaxtında yığılması, vergitutma obyektlərinin uçotu, habelə vergi qanunvericiliyinə riayət olunması üzərində nəzarəti vergi orqanları həyata keçirirlər.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ