voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Büdcə rekvizitləri barədə məlumatın verilməsi


Xidmətin məzmunu
 
Bu xidmət istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etməsi proseslərini əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
Ərizə (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) - sənədin əsli.
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlararadan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə istifadəçiyə dövlət xəzinədarlığı orqanlarında olan vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə məlumat verilir.
Elektron müraciət edən istifadəçi "Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi" üzrə öndə açılmış "Dövlət Xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar" adlı ekranda "VÖEN" qrafasına vergi ödəyicisinin VÖEN-ni daxil etməklə, "Yoxla" düyməsi vasitəsilə avtomatik olaraq həmin vergi ödəyicisinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə müvafiq informasiya əldə edir.
 

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ