voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Karyera 2022

2022-də karyera yolunuzda irəliləyərkən və ya biznesiniz üçün yeni işçilər axtararkən nəzərə almalı olduğunuz faktorları sizin üçün topladıq!

 

“İstedadları” cəlb etmək artıq heç də asan olmayacaq!

 

Yüksək maaşlar insanları iş yerini dəyişməyə sövq edir.  Aparılan ən son sorğularda iştirak edənlərin 63%-i maaşın iş yerlərini dəyişmək barədə qərarlarına təsir etdiyini bildirib - əmək haqqı dəyişkən iş saatlarından və digər imtiyazlardan daha önəmli stimul kimi qəbul edilir.

 

Əmək haqqı hətta işini sevən insanların belə karyera yolunu dəyişdirə biləcək faktora çevrilmişdir. Buna görə də 2022-ci ildə işəgötürənlərin yeni istedadları cəlb etmək üçün maaş təkliflərini artırması gözlənilir.

 

Güclü profil yaratmağınızın tam vaxtıdır!

 

LinkedIn işəgötürənlərin ixtisaslı namizədlər tapmaq üçün daha çox zaman keçirdiyi platformaya çevrilmişdir, buna görə də platforma 2022-ci ildə də kritik karyera idarəetmə vasitəsi olmağa davam edəcək. Bu sosial şəbəkə platformasında dolğun və təsir edici profilə sahib olmaq karyeranız üçün atacağınız uğurlu addımlardan biri olacaqdır.

 

Araşdırmalar göstərir ki, 122 milyon insan LinkedIn profillərindən müsahibə təklifi alıb. Bundan əlavə, 35,5 milyon işəgötürən məhz LinkedIn-də əlaqə qurduqları şəxsi işə götürüb. LinkedIn özü bildirir ki, hər dəqiqə LinkedIn vasitəsilə üç nəfər işə götürülür. 

 

İş axtaranların sayı artacaq

 

Hazırda sürətli dəyişən dünyada gözləntilər də artmaqda və dəyişməkdədir. Ötən əsrdən fərqli olaraq, artıq yeni nəsil xoşbəxt olmadığı işdən dərhal ayrılmağa meyil göstərir. Buna təsir edən bir çox amil olsa da, son nəticədə yeniliklərə adaptasiya olmaqda çətinlik çəkən şirkətlər işçilərini itirməkdə və beləliklə də iş axtaranların sayı artmaqdadır. 2021-ci ilin bu tendensiyası 2022-ci ildə də davam edəcək. 

 

Daha yüksək əmək haqqı, daha çox böyümə imkanları və ya sadəcə olaraq sahib olduqları işi sevmədikləri üçün iş axtarmağa davam edəcək 20+ yaşlı Gen-z və Millennial-lar arasında sadiqlik azalacaqdır. Xarakterik özəlliklərinin nisbətən qeyri-müəyyən olduğu üçün məmnun etməyin daha çətin olduğu gənc nəsli cəlb etmək üçün strategiyaların yaradılması böyük önəm daşıyır.

 

Yeni normal - zoom müsahibələri 

 

Rahatlıq və praktiklik Zoom müsahibələrinin pandemiyanın da təsiri ilə həyatımızda qalmasının əsas səbəbləridir. Lakin bu növ müsahibələr uzaqdan təşkil olunsa da heç də müsahibələrin ciddiyətini azaltmır. Buna görə də istər iş axtarın, istərsə də işçi; internetə çıxışınız və onlayn mövcudluğunuz mükəmməlləşməli, tipik iş yeri olmayan Zoom “dünyasında” peşəkarlıq nümayiş etdirməlisiniz. 

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ