voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Biznesə başlayarkən edilən səhvlər

Biznesə başlamaq qorxulu olduğu qədər də həyəcanlıdır. Bu yolda addım atmaq – risk deməkdir. Bes necə uğur qazana bilərik? İlk addım günəşinizin qarşısından kənara çəkilib öz işinizə kölgə salmamaqdır - işinizi başlamazdan əvvəl sonlandıra biləcək səhvlərdən qaçınmalısınız. Bəs hansıdır bu səhvlər?

 

Uğursuzluqdan qorxmaq

 

Səhvlərin böyük problemlərə səbəb ola biləcəyini biləndə, bir işə başlamaq daha da qorxulu olur. Ancaq uğursuz olmaqdan qorxmaq sizi uğura aparmayacaq. Əslində, bu qorxu bir işə başladığınız zaman sizi geri saxlaya bilər. Bu zaman isə, lazımi risklərə getməyə və ya ümumiyyətlə biznesinizi açmaya bilərsiniz! Ancaq yıxılmaq qorxusunun sizi yeriməkdən saxlamağına imkan verməməlisiniz.

 

Uğursuzluq və ya səhv etmək qorxusundan qaçmağın ən asan yolu hazırlıqlı olmaqdır. Aydın biznes planı yaradın, hesablarınızı tez-tez nəzərdən keçirin, vergi qanunları və mühasibat uçotu barədə xəbərdar olun. Bu kimi işləri idarə etmək və ya qanun və qaydalara riayət fikri sizi qorxudursa vergi mütəxəssisi və ya biznes hüquqşünası ilə birgə çalışa bilərsiniz. 

 

Və unutmayın ki, hər kəs səhv edir. Səhvləri tapmaq və düzəltmək öyrənilən dərslə irəliləməyə kömək edir.

 

Marketinq Planının Olmaması

 

Beləliklə, öz biznesinizi açdınız…Ancaq işləriniz çox ləng irəliləyir. Bəlkə problem marketinq planınızın olmamasıdır? Marketinq planınız olmadan hədəf bazarınızı başa düşməyiniz çox çətindir.

 

Biznesinizə başlamazdan əvvəl, biznesinizi bazara necə çıxarmağı özündə əks etdirən bir plan yazın. Bu planın bir hissəsinə biznesinizin necə uyğunlaşdığını görmək üçün bazar təhlilinin aparılması da daxildir. Bazar təhlilində siz potensial müştəriləriniz və rəqibləriniz haqqında məlumat toplayacaqsınız.

 

Planınızdakı məlumatları təhlil etdikdən sonra hərəkətə keçin. Siz marketinq strategiyalarınızı yeniləyə, dəyişikliklərə daha tez cavab verə və ya hətta müştərilərlə sorğular apara bilərsiniz.

 

Pulu israf etmək

 

Başlanğıcda siz avadanlıq almaq, obyekti icarəyə götürmək, reklama pul xərcləmək və s. kimi xərclərdən qaçınmamalısınız. Ancaq büdcəni çox sürətli xərcləmək, işinizin başlamadan məhv olmasına gətirib çıxara bilər. Xərcləri planlaşdırmadığınız zaman pulun “havaya uçması” qaçınılmazdır. 

Siz, büdcə planı yaratmaqla vəsaitlərinizi hara və necə xərcləməyi müəyyənləşdirməli və bu plana əməl etməlisiniz. İlin sonunda nə qədər xərclədiyinizi görmək üçün büdcənizi yenidən nəzərdən keçirin. Plana əməl olunubsa, hətta artıq büdcə qala bilməsi belə mümkündür ki, bu vəsaitləri də biznesinizə yenidən yatıra bilərsiniz!

 

Hər şeyi Özünüz Etməyə Çalışmayın

 

Bəzən biznes sahibləri – belə demək olarsa - dünyanın ağırlığını öz çiyninə qoyur və kimsədən məsləhət istəməkdən imtina edir. Bu isə ağır yük altında büdrəməyə, “kələfin ucunu qaçırmağa” səbəb ola bilər. Bu zaman isə bir çox hallarda motivasiyanı azaldır. 

 

Unutmayaq ki, bilməmək eyib deyil, soruşmamaq eyibdir. Həll yolu olaraq digər biznes sahiblərindən məsləhət istəyə, problemli olduğunuz sahədə təlimlərə qatıla bilərsiniz. Hətta iki və ya daha çox insan arasında işi bölməyə imkan verən bir strukturu – tərəfdaşlıq etməyi nəzərdən keçirə bilərsiniz.

 

Məsuliyyətlə işə götürməmək

 

Orta məktəb yoldaşınız, şübhəsiz ki, yaxşı dostdur. Lakin, o sizin işiniz üçün ən uyğun insandırmı? Bu heç də həmişə belə olmaya bilər.

 

İşçilərin işə götürülməsi zarafat deyil. Sizi stressdən qurtaracağını düşündüyünüz şey baş ağrısına səbəb ola bilər, xüsusən də işəgötürən öhdəliklərini yerinə yetirməsəniz. Və əgər işəgötürən olmağın gətirdiyi bütün öhdəliklərə hazır deyilsinizsə, sadəcə büdcənizin (və səbrinizin) sərhədlərini aşa və özünüzü ödəyə bilməyəcəyiniz borclara sürükləyə bilərsiniz.

 

İşə götürməzdən əvvəl, ilk növbədə büdcənizə, işəgötürənin əmək haqqı vergilərində nə qədər ödədiyinə, sənayenizdəki tipik əmək haqqına və nə qədər iş görülməli olduğuna baxın. Sonra sizə tam, yoxsa yarımştat işçi lazım olduğuna qərar verin.

 

Əgər işə götürmək üçün uyğun şərait mövcuddursa, iş təsvirini yazıb göndərməzdən əvvəl işçinizin öhdəliklərini dəqiqliklə müəyyənləşdirin, təfərrüatlar və işə qəbul prosesi ilə bağlı lazımi araşdırma aparın.

 

Mühasibatlığın düzgün aparılmaması

 

Bir çox sahibkar mühasib deyil. Ancaq təəssüf ki, bu sizi mühasibatlıq öhdəliklərinizdən azad etmir. Mühasibat uçotu strategiyasının həyata keçirilməməsi səliqəsiz hesabatlara və vergi formalarının səhv doldurulmasına səbəb ola bilər. Ona görə də əvvəlcə mühasib işə götürmək tövsiyə olunur. Mühasiblər məlumatlarınızı təhlil etmək üçün ən yaxşı mənbədir, çünki mühasibat uçotunu hərtərəfli bilirlər və sizə büdcənizi planlaşdırmağa, korporativ vergi bəyannamələrini təqdim etməyə və s. kömək edə bilər. 

 

Ancaq bir mühasib işə götürməyiniz hələ heç də bütün problemlərdən uzaq olmağınız demək deyil. Mühasibat uçotu və gündəlik pulunuzun hara getməsi haqqında əsas anlayışa sahib olmalı, pul vəsaitlərinin hərəkətini izləməlisiniz. Mühasibat uçotunun bəzi əsas anlayışları öyrənməkdə ən azından İnternet sizə yardımçı ola bilər.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ