voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Korporativ Sosial Məsuliyyətin üstünlükləri

Biznesin tək məqsədinin gəlir gətirmək olması, yoxsa yalnız pul arxasınca qaçmadan cəmiyyətə fayda verəcək fəaliyyət ilə də məşğul olmalı olduğu, müzakirə mövzusu olan məsələlərdəndir. 

 

Korporativ sosial məsuliyyət (KSM) şirkətin həm özünə, həm şirkətin uğurlu fəaliyyətində maraqlı olan tərəflərə və eləcə də ictimaiyyətə qarşı sosial cəhətdən hesabatlı olmasına kömək edən özünü tənzimləyən biznes modeli sayılır. 

 

Gəlin KSM-in sizin üçün açacağı qapılardan danışaq:

 

Xərclərə qənaət

 

Özünüz düşünün, daha az qablaşdırmadan istifadə və ya daha az enerji sərfiyyatı ilə kommunal xərclərin azalması sayəsində büdcəyə qənaət etməyin nəyi pisdir? Bunun sayəsində siz, nəinki xərcləri azaldaraq şirkətin mənfəətini artıracaqsınız, eləcə də ətraf mühitə faydanız artacaq ki, bu da şirkətinizi sosial cəhətdən məsuliyyətli bir “fərd”ə çevirəcəkdir. Gördüyünüz kimi bu sahədə aparıla biləcək davamlı biznes təcrübələri və təqdim olunan məhsulun inkişaf etdirilməsi sizə ikiqat fayda gətirəcəkdir.

 

Brend qavrayışı

 

Cəmiyyətə fayda vermək məqsədilə sərmayə ayırmaq və yerli qeyri-kommersiya təşkilatlarını dəstəkləmək sizin biznes brendini digərlərindən fərqləndirə bilər. Məsuliyyətli biznes təcrübələri şirkətinizin bir brend olaraq ictimaiyyət arasında adını, necə deyərlər yüksəklərə qaldıracaq. Aydın məsələdir ki, bu da potensial müştəri bazazın və ümumi satışların həcminin artmasına gətirib çıxardırHəmçinin nəzərə alın ki, bir çox investor yalnız sosial məsuliyyət daşıyan şirkətlərə sərmayə qoyur ki, sizin də onların marağını çəkmək üçün bu sahəni inkişaf etdirməyiniz mütləqdir.

 

Artan işçi sədaqəti

 

Korporativ sosial məsuliyyət şirkətlərə yüksək keyfiyyətli istedadları cəlb etmək və saxlamaqda kömək edir, çünki belə işçilər, adətən etik davranışlar nümayiş etdirən və özlərinə uyğun dəyərlərə malik olan işəgötürənləri axtarırlar. Aparılan bir çox araşdırma göstərir ki, müxtəlif sahədə fəaliyyət göstərən şirkətlər işçiləri korporativ sosial məsuliyyət təşəbbüslərinə cəlb etdikdən sonra, onların motivasiya və sədaqətinin artdığı müşahidə olunur. KSM-in inkişafı nəticəsində necə keyfiyyətli işçilər əldə edə biləcəyinizi təsəvvür etməyi sizə buraxırıq.

 

Uzunmüddətli maliyyə uğurları

 

Rüblük və ya illik performansa əsaslanan həvəsləndirici bonuslar alan rəhbər işçilər - korporasiyalar arasında geniş yayılmış bir təcrübədir – ancaq bu, çox vaxt ilk növbədə şirkətin qısamüddətli maliyyə nəticələrinə təsir edirGəlirliliyi təmin edən mühüm komponent olsa da, bu, heç də mütləq mənfəətin uzunmüddətli dövr üçün davamlı olması demək deyil.

 

Korporativ sosial məsuliyyət funksiyaları şirkət uzunmüddətli, davamlı maliyyə sağlamlığını təmin etməyə kömək edir. Məsələn, mənfəətin müəyyən bir hissəsini yerli icmaya və universitetlərə yenidən investisiya etmək inkişaf edən yerli iqtisadiyyatın yaradılmasına kömək edir və bu, istedadlı kadrların yetişdirilməsini və fəaliyyətə cəlb olunmasını asanlaşdırır. 

 

İnventar və materialları davamlı, ekoloji cəhətdən təmiz şəkildə əldə etmək öhdəliyini üzərinə götürmək də şirkətin məhsulların inkişafı üçün gələcəkdə resurslarının tükənməyəcəyinə zəmanət verir.

 

..Və təbbi ki, müştəri loyallığı!

 

Brend loyallığı, yəni brendə olan sədaqət emosional əlaqə ilə bağlıdır. Bir marka ilə emosional əlaqə hiss edən müştərilər, eyni emosional əlaqəni hiss etməyənlərə nisbətən 306% daha yüksək ömür boyu dəyərə sahibdirlər və brendi 26% daha çox tövsiyə edəcəklər.

 

Bu cür biznes-müştəri münasibəti ümumi reklamlar vasitəsilə əldə edilə bilməz. Bu, unikal müştəri təcrübəsi təklif etməklə və KSM təşəbbüsləri vasitəsilə brendinizi humanistləşdirmək sayəsində əldə edilir.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ