Qızıl balığın hər hansı bir şey üzərində diqqətini cəmləyə bilmə müddəti 9 saniyədir. Ortalama bir insanınki isə.. 8 saniyə!
Brendinq hər zaman biznesin ayrılmaz hissəsi olsa da, dünyanın getdikcə rəqəmsallaşdığı dövrümüzdə daha da önəm qazanmış vəziyyətdədir. İnsanların sosial şəbəkələrdə hər gün yüzlərlə brendlə qarşılaşdığı bir halda, onlar arasında fərqlənə bilməyin yolu - brendinqdir. Nəzərə alsaq ki ortalama bir insanın diqqətini cəlb etmək üçün sadəcə 8 saniyəniz var, yəqin razılaşarsınız ki, brendinqin önəmi daha da artır.
Bəlkə də bəziləri “Bizim biznesimiz brend deyil” deyə düşünürsünüz . Lakin bu heç bir zaman belə deyildir. Brend – başqalarının sizin haqqınızda nə düşündüyüdür. Bu düşüncəni siz yaratmasanız, hər kəsin biznesiniz barədə öz fikri olacaq ki, bu fikirlər neqativ də ola bilər. Buna görə də ən yaxşı “biclik” sizin özünüzü tanıtmanız, fikirləri sizin istədiyiniz istiqamətə yönəltməyinizdir.
Netflix ($1.45 milyon- 2020) və Coca-cola ($4 milyon-2020) kimi adı beynimizə həkk olunmuş brendlərin bu istiqamətdə pul xərcləməyə heç də simiclik etmədiklərinə görə, illərdir uğurlu olan bu nəhəngləri örnək almağımız təbbi ki bizi də irəliyə aparacaqdır. Milyonlar xərcləməsəniz belə, müəyyən miqdarda büdcəni brendinqə ayırmanız, bəlkə də gələcəkdə sizin də milyonluq şirkət olmanıza öz töhfəsini verəcəkdir.
Hələ də brendinqə ehtiyacınız olmadığını düşünürsünüz?
- Bizneslərin brendləşməyə ehtiyacı olmasının ən bariz səbəblərindən biri onların mümkün qədər çox insan tərəfindən tanınmağa ehtiyacının olmasıdır. Həm loqo və cəlbedici rənglərin istifadəsi vizual olaraq sizi daha fərqli və yaddaqalan edəcək, həm də sloqan, şirkətin missiyası və məqsədlərinin ön plana çəkilməsi insanların koqnitiv olaraq sizi tanımasına və rəğbət bəsləməsinə səbəb olacaq.
- Brendinq olmadan sizin biznes olaraq insanlara tanıda biləcəyiniz çox az şeyiniz mövcuddur. Xüsusən də rəqabətin yüksək olduğu bu şəraitdə hər an qarşınıza güclü brendinqi olan bir rəqibin çıxaraq sizi səhnədən endirə biləcəyini nəzərə alsaq. İnsanların sizə olan inamının azalacağını gözə ala bilirsinizsə, o zaman brendləşməyə ehtiyacınız yoxdur.
- Brendləşməyiniz biznesinizlə yanaşı, eyni zamanda işçiləriniz - komandanız üçün də stimul rolunu oynayacaqdır. Belə ki, insan təbiət etibarilə yüksək hədəflərə malik olmaq və dəyərli, mənalı işlərlə məşğul olmaq istədiyi üçün, şirkətin brendləşərək daha aydın hədəflərə malik olması onlara cəmiyyətə yararlı fəaliyyətlə məşğul olduqlarını hiss etdirərək motivasiyalarını artıracaq, şirkətə olan bağlılıqlarını gücləndirəcəkdir.
- Təbii ki brendləşmədə tək məqsəd cəmiyyət tərəfindən tanınmağınız və ya tək səfərlik satışlar deyildir. Brendləşdiyiniz zaman təkcə komandanız yox, eləcə də istehlakçı kütləsi də sizin brendə sadiq qalacaqdır. Sadiq kütlə isə həm uzun vədədə satışların artması, həm də müştəriniz olan kütlənin təqdim etdiyiniz məhsul və ya xidmətdən razı qaldığı halda onlar barədə pozitiv fikirləri yayması deməkdir ki, bizim də istədiyimiz elə budur.