voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Taxi 101 və ya taksi biznesinə necə başlayaq?

“Odur bax - taksi. Min, get !”

 

Yox, yox, biz Əhmədi axtarmırıq. 

 

Sizinlə son zamanlar məhşurlaşmış taksi biznesi barədə söhbət açacağıq. Ötən bir neçə il ərzində, xüsusən də pandemiya dövründən etibarən taksilərə olan tələbatın kəskin şəkildə artdığı göz önündədir. Bunun səbəbi müəyyən müddət ictimai nəqliyyata qoyulan həftə sonu qadağası ilə yanaşı, eyni zamanda, virusa yoluxmaqdan çəkinən əhalinin adətən sıxlığın müşahidə olunduğu ictimai nəqliyyat əvəzinə taksilərə üstünlük verməsi ilə də bağlıdır. Hər bir halda, artıq bu nəqliyyat vasitəsindən istifadənin əvvəlkinə nisbətlə həyatımızda daha çox yer aldığı danılmazdır. 

 

Bəzən haqlarında tənqidi rəylər eşitsək belə, bazarda taksi biznesi sahəsində öz sözünü demiş olan, hətta bu sətirləri oxuduğunuzda, adı keçməsə belə ağlınızdan keçdiyinə əmin olduğum taksi şirkətləri mövcuddur. Rəqabət xeyli yüksəkdir. Ancaq yüksək rəqabət heç də bu bazara girə bilməyəcəyiniz anlamına gəlmir. Ötən bloq yazımızda da qeyd etdiyimiz kimi, düzgün açarın açmayacağı qapı yoxdur!

 

İlk olaraq VÖEN hesabı yaratmaqla başlaya bilərsiniz! Bu rəsmi fəaliyyətinizin göstəricisi olmaqla yanaşı, büdcə ilə bağlı məsələlərdə, biznesiniz üçün veb-sayt açmaq istədiyinizdə və sairə kimi bir çox önəmli nöqtələrdə sizin işinizi asanlaşdıracaq. 

 

Daha sonra?

 

Rəqibinizin zəif nöqtəsindən vurun!

 

Düzdür, hazırda bazarda tanınmış bir çox yerli və xarici taksi şirkəti mövcuddur. Lakin zəif nöqtələri yoxdurmu? Var! 

 

Sosial şəbəkələri, Google-u ələk-vələk edin, rəqəmsal erada yaşayırıq! Müştərilər tənqidlərini elə o dəqiqə sosial şəbəkələrdə paylaşmaqdan çəkinmir. Sizin burdan faydanız nə olacaq deyə sual veririsinizsə, nəzərinizə çatdırım: həmin şirkətlərdə nəyin yolunda olmadığını, müştərilərin nə istədiyini məhz bu yolla ən asan şəkildə anlamaq mümkündür. Beləliklə də pazlın çatışmayan hissələrini müştəriyə siz təklif edərək, onların qəlbini qazana bilərsiniz!

 

Qonşudan geri qalma!

 

Rəqiblərinizin zəif tərəfləri olduğu kimi, təəssüf ki güclü tərəfləri də var. Onların nələri doğru etdiklərinə, müştərilərin niyə məhz onları seçdiyinə dair də araşdırma edərək, həm rəqiblərdən geri qalmaz, həm də onların təklif etdiyi həllərdən daha kreativ, daha optimal həllər təklif edə bilərsiniz.

 

Nə dediyin deyil, necə dediyin önəmlidir!

 

Boş yerə deməyiblər ki, söz qılıncdan kəsərlidir. Təqdimetmə qabiliyyətiniz varsa, sizə bazarda həmişə yer olacaq. Rəqibinizin xidməti daha diqqətəlayiq ola bilər, amma bunu bazara düzgün şəkildə inteqrasiya etmirsə, bu heç də o demək deyil ki siz də edə bilməzsiniz. Hətta tamamilə eyni məhsulu təklif etsəniz belə, sizin onu markalaşdırmış olmanız məhz sizin xidməti önə çıxaracaq.

 

Təbii ki təqdim olunan xidmətin keyfiyyəti davamlı olmazsa bazara necə girmişdinizsə, elə də çıxmağa məcbur qalacaqsınız..Lakin bu artıq başqa bir mövzudur!

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ