voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

ƏDV üçün mal sayılmayan əmlak növləri

Azərbaycan Respublikasının Vergi Məcəlləsin 13.2.8-ci maddəsinə əsaslansaq, mal dedikdə, hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su başa düşülür.

ƏDV, yəni əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Burada, qanunvericiliyin tələbi aşağıdaki şəkildə izah olunur:

Maddədən göründüyü kimi, mal anlayışına təkcə maddi deyil, qeyri-maddi əmlak (aktiv) da aiddir. Maddə elektrik və qaz kimi enerji daşıyıcılarını da əhatə edir. Deməli, “Azərişıq” və “Azəriqaz” əhaliyə xidmət deyil, mal təqdim edir.

Qeyd edək ki, maddənin digər tələbinə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin hissənin misallarına nəzər salaq:

1: ƏDV ödəyicisi olan valyutadəyişmə məntəqəsinin həyata keçirdiyi proses pul vəsaitləri ilə bağlı olsa da, həmin mal ƏDV-yə cəlb edilmir.

2: ƏDV ödəyicisi olan hüquqi şəxs 2 ha-lıq torpaq sahəsini 100.000 manata satışa çıxarır. Torpağın satılması zamanı da malın üzərinə ƏDV hesablanmır, çünki vergi qanunvericiliyinə əsasən, torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.

3: Sadələşdirilmiş vergi ödəyicisi torpaq sahəsini 300.000 manata satırsa, o zaman dövriyyə 200.000 manatı keçməsinə baxmayaraq, ƏDV ödəyicisi olmaq üçün məcburi qeydiyyat yaranmır. Çünki torpaq əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün mal sayılmır.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ