voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Borclu vergi ödəyicisinə tətbiq olunan qadağa

Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

Kredit və sairə borclar olduğu zaman iddiaçı tərəf cavabdeh şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmədən sənədin icra şöbəsinə getməsini gözləməlidir. Amma vergi orqanlarının icra orqanlarına müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxa birlər.

Həmçinin, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd edək ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2016-cı il, 314-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindəki “həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etmək” sözləri “dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə” sözləri ilə əvəz edilib.

Beləliklə, vergi orqanı məhkəməyə müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilir.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ