voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Aksiz vergisi

Aksiz - aksizli malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür və qanunvericiliklə müəyyən edilir.
Ölkəmiz daxilində istehsal edilən, yaxud idxal olunan aksizli mallardan, vergidən azad edilən mallar istisna olunmaqla, aksiz tutulur.
Bu növ malların üzərinə aksiz markası yapışdırılır. Aksiz markası - aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markasına deyilir.

Azərbaycan Respublikasında aşağıdakılar aksizli mallara aid edilir:

  • içməli spirt, pivə və spirtli içkilərin bütün növləri;
  • tütün məmulatları;
  • neft məhsulları;
  • minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);
  • istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr;
  • idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
  • idxal olunan xəz-dəri məmulatları;
  • energetik içkilər;
  • avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
  • elektron siqaretlər üçün maye.
Vergi ödəyiciləri
  • Azərbaycan Respublikasında aksizli malların istehsalçıları;
  • Azərbaycan Respublikasına aksizli malların idxalçıları;
  • Azərbaycan Respublikasının hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vasitəsilə aksizli mallar istehsal edən və istehsal etdiyi yerdə vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri.
Qeyd edək ki, aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı aksizin ödəyicisidir. Bu halda istehsalçı aksiz məbləğlərini sifarişçidən almalıdır.
Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi, yəni sifarişçi aksizin ödəyicisidir.

Vergitutma obyekti
  • respublika ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;
  • idxal edilən aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması.
İstehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binaların aid olduğu da qeyd olunmalıdır.

Vergi tutulan əməliyyatın məbləği

Respublika ərazisində istehsal olunan mallar üzrə:
  • neft məhsulları üçün - vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən, o cümlədən barter əsasında aldığı və ya almalı olduğu haqqın topdansatış bazar qiymətindən (aksiz, yol vergisi və ƏDV çıxılmaqla) aşağı olmayan məbləği;
  • digər aksizli mallar üçün - istehsal olunan malların miqdarı.
Respublikaya idxal olunan mallar üzrə:
  • avtobuslar, minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün - vasitələrin mühərrikinin həcmi;
  • idxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə - almazın karatıdır.
  • digər idxal malları üçün - topdansatış bazar qiymətindən aşağı olmayan malların gömrük dəyəri (aksiz, yol vergisi və ƏDV çıxılmaqla).
Vergi tutulan əməliyyatın tarixi

Respublika ərazisində istehsal olunan mallar üçün – malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt;
İdxal edilən mallar üçün - malların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ