voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Vergitutma formaları

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5.0-ci maddəsi əsasında, vergitutmanın 3 növü təyin olunur:
•    bilavasitə mənbədən (Maddə 5.0.1- verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması) ;
•    bəyənnamə üzrə (Maddə 5.0.2- verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) ;
•    bildiriş üzrə (Maddə 5.0.3- vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulan vergi məbləği.

Vergitutmanın mənbəyi vergilərin hesablanması və alınması cəhətdən olduqca əhəmiyyətlidir.

Bilavasitə mənbədən vergitutmaya misal olaraq, ödəmə mənbəyində tutulan vergiləri göstərmək olar. Məsələn, işçinin əmək haqqından tutulan gəlir vergisi. İşçi əmək haqqı gəlirini əldə edənə qədər vergilərin hesablanması və tutulması həyata keçirilir. Əməkhaqqını ödəyən şəxs burada vergi agenti rolunda çıxış edir. Eyni hal dividend və ya icarə haqqı gəlirləri əldə edən müəyyən şəxslərə də aid edilir ki, vergi ödəyən şəxs tərəfindən verginin tutulması ödəmə mənbəyində həyata keçirilir.

Bəyənnamə üzrə vergitutma dedikdə isə, adından da göründüyü kimi vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə vergilərin hesablanması nəzərdə tutulur. Vergi ödəyicisi nəzərdə tutulmuş müddət tamamlanana qədər öz gəliri barədə müvafiq vergi orqanlarına bəyənnamə təqdim etməlidir. Təqdim olunan bəyənnamədə əldə olunan gəlirlər, həmin gəlirlərin mənbəyi, çəkilmiş xərclər, vergi güzəştləri, eləcə də verginin hesablanması və ödənilməsi barədə məlumat verilməlidir. 

Bu növ vergilərə hüququ şəxslərin mənfəət vergisi, sadələşdirilmiş vergi, sahibkar fiziki şəxslərin gəlir vergisi və s. vergi növlərini aid etmək olar.

Bildiriş üzrə verginin tutulmasının mahiyyəti ondan ibarətdir ki, vergi orqanı Vergi Məcəlləsinə əsasən müəyyən edilmiş hallarda vergini hesablayır və vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərir. Bu cür bildirişdə göstərilənlər isə aşağıdakılardır:
•    vergi ödəyicisinin və ya obyektin adı;
•    vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
•    bildirişin tarixi;
•    bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü / dövrləri;
•    verginin növü, hesablanmış verginin və faizlərin məbləği;
•    verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri;
•    verginin ödənildiyi yer və üsul;
•    verginin hesablanmasına əsas olmuş hallar;
•    şikayət etmə qaydası.

 Fiziki şəxslərin əmlak vergisini bildiriş üzrə tutulan vergilərə aid edə bilərik.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ