voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Sahibkarlıq fəaliyyəti nədir?

"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda sahibkarlıq fəaliyyəti belə təyin edilir:

Maddə 1. Sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Sahibkarlıq fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olanlar sahibkar adlanır. Sahibkarlıq fəaliyyəti nə, nə üçün, kimin üçün istehsal etmək, təsərrüfat qanunlarının qəbul olunması, məhdud resurslardan istifadənin daha mütərəqqi üsullarının axtarılıb tapılması, daha az xərclə daha keyfiyyətli məhsul istehsalı, yeni xidmət üsullarını tapılması, satışın səmərəli təşkili, istehlakçıların araşdırılması, rəqiblərin hərtərəfli öyrənilməsi və s. ilə bilavasitə bağlıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs sahibkarlıq mühitini qiymətləndirməyi bacarmalıdır. Qeyd etmək lazımdır ki, sahibkarın öhdəsində olan bir neçə funksiya vardır:

•    Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə toplayır (bu resurslara təbii, investisiya və əmək resurslarını aid etmək mümkündür).
•    Sahibkar ən əsas iqtisadi məsələlər üzrə qərarlar qəbul edir.
•    Sahibkar yenilikçidir.
•    Sahibkar öz vəsaiti, iş vaxtı və iqtisadi mühitdəki nüfuzu ilə risk edir.

Sahibkarlıq hər şeydən öncə iqtisadi fəaliyyətdir. Bu fəaliyyəti isə 3 tipə ayıra bilərik:

•    Öz yaşayışını təmin etmə zərurətinə görə fəaliyyət.
•    Rahatlıq və əlavə gəlir əldə etmək mülahizələrinə görə fəaliyyət.
•    Sahibkar mülahizələrinə görə fəaliyyət.

Ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin bir neçə səbəbi vardır: pul qazanmaq, ictimaiyyətin rifahına töhfə vermək, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s. bu fəsiləyə aid edilə bilər ki, burada saydıqlarımızdan asılı olmayan başlıca məqsəd gəlir, mənfəət əldə etməkdir.

Sahibkarlıq öz miqyasına görə kiçik, orta və iri sahibkarlığa ayrılır. Bazar iqtisadiyyatına keçid ölkələrində, o cümlədən də Azərbaycanda kiçik sahibkarlıq xalq təsərrüfatının inkişafını, əhalinin məşğulluğunu, ümumiyyətlə iqtisadiyyatın inkişafını müəyyən edən əsas iqtisadi amil hesab olunur.

Kiçik və orta sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Onlar iri müəssisələrin istehsal edə bilmədiyi məhsulları və ya məhsulların istehsalatı üçün tələb olunan hissələri istehsal edir, müxtəlif xidmətlər göstərirlər. Bu növ sahibkarlar kiçik pərakəndə ticarətçidirlər, iş yerləri məhdud olan yerlərdə işsizliyi qismən aradan qaldırır, istehlakçıları məhsulla təmin edir, eləcə də qanunvericilikdə müəyyən olunmuş vergiləri ödəməklə dövlət büdcəsinin gəlirini atırırlar. Əhalinin müəyyən hissəsinin gəlir mənbəyi hesab olunan kiçik və ya orta sahibkarlıq müəssisələri iri müəssisələrə nisbətən daha çevikdir. 

Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi kiçik və orta sahibkarlıq fəaliyyəti ümumi həyat səviyyəsinin yüksəlməsində kifayət qədər əhəmiyyətli rol oynayır.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ