voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Mediatorların vergiyə cəlb olunması

İki və ya daha çox şəxs arasında yaranmış mübahisənin danışıqlar yolu ilə üçüncü neytral bir şəxsin köməyi ilə həllinə çalışılan könüllü proses mediasiya adlanır. Danışıqlarda iştirak edən bu tərəfsiz şəxs mediator adlanır. Qısaca desək, mediasiya - mübahisənin qarşılıqlı razılıq əsasında, məhkəmədən kənar qaydada həll prosesidir. 

Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək mümkündür. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs mediator adlanır. Yaşı 25 olan, ali təhsilli, ən azı 3 il olmaqla iş stajına malik və mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək şəhadətnamə almış fiziki şəxslər mediator ola bilərlər. Mediator eyni zamanda, qanunla qadağan olmayan istənilən digər fəaliyyətlə də məşğul ola bilər.

“Mediasiya haqqında” Qanuna görə, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə mediasiyanın tətbiq edilməsinə icazə verilir.

Vergi Məcəlləsinin 99.3.13-cü maddəsinə əsasən, mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilir və Məcəllənin 101.2 maddəsinə əsasən, 14% dərəcə ilə vergiyə cəlb olunur.

Misal: “A” MMC ilə sığortaçı təşkilat arasında mübahisə yaranır. Təşkilatlar mübahisəni həll etmək məqsədilə mediasiya təşkilatına müraciət edirlər. Mediator tərəflərin arasında mübahisəni yoluna qoyaraq tərəflər arasında barışıq sazişinin bağlanılmasına nail olur. Bunun müqabilində “A” MMC mediasiya təşkilatına 10.000 manat xidmət haqqı ödəyir və mediasiya təşkilatı bu məbləğdən mediatora 3.000 manat pul ayırır. Bu halda, mediatorun qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisi 420 manat (3000*14%=420) təşkil edəcəkdir.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ