voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Əlavə Dəyər Vergisi nədir?

Əlavə Dəyər Vergisi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən:

Əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca büdcəyə, keçirilən dəyər artımının bir hissəsinin büdcəyə alınması formasıdır.

Əlavə Dəyər Vergisi (ƏDV) dolayı vergilərdən biri olub, istehlakçılar, yəni müştərilər tərəfindən ödənilən bir vergi növüdür. ƏDV-nin dolayı vergi olması bu vergi növünün birbaşa olaraq istehsalçılardan deyil, istehlakçılardan alınması mənasını verir. Bir sıra dövlətlər də, bu vergi növünə xidmət vergisi də deyilir, məna olaraq isə hər edilən xidmət zamanı tutulan vergi demək olduğu anlaşılır.

İlk dəfə 1964-cü ildə Fransada tətbiq edilən bu vergi Azərbaycan Respublikasında 1992-ci ilin 31 dekabr tarixindən tətbiq edilmişdir. İlk olaraq bizdə bu vergi 28 faiz olaraq nəzərdə tutulmuş, sonradan isə 18 faiz olaraq tutulmağa başlanmışdır və hal-hazırda da sabit olaraq qalır. Bundan başqa, ƏDV-nin Vergi Məcəlləsinin 165-ci maddəsində təsbit olunan güzəştli 0 (sıfır) faiz dərəcəsi ilə tətbiq olunması və Vergi Məcəlləsinin 164-cü maddəsində təsbit olunan ƏDV-dən azad olunması halları da mövcuddur. 0 dərəcə ilə vergiyə cəlb olunma halları aşağıdakılardır:

    •    Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 
    •    Malların və müəyyən xidmətlərin ixracı; 
    •    Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti; 
    •    Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi;
    •    Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı; 
    •    Vergi Məcəlləsində nəzərdə tutulan digər hallar.

Əlavə dəyər vergisinin ödəyiciləri hesab olunan şəxslər aşağıdakılardır:

    •    Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxs statusu olan, istehsal və başqa kommersiya fəaliyyəti göstərən müəssisələr və təşkilatlar, o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr;
    •    Malları, işləri və xidmətləri öz adından satan qeyri-məhdud ortaqlıqlar;
    •    Istehsal və başqa kommersiya fəaliyyəti göstərən fərdi (ailəvi) xüsusi müəssisələr;
    •    Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisələrin müstəqil surətdə mallar, işlər və xidmətlər satan filialları, şöbələri və başqa ayrıca bölmələri;
    •    Azərbaycan Respublikasının ərazisində istehsal və başqa kommersiya fəaliyyəti göstərən beynəlxalq birliklər və xarici hüquqi şəxslər;
    •    Hüquqi şəxs statusuna malik olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkar kimi qeydə alınan şəxslər.

Əlavə dəyər vergisinin qaytarılma qaydası isə nöbəti qayda üzrə aparılır:

    •    İlk olaraq edvgerial.az saytında qeydiyyatdan keçmək;
    •    Qeydiyyatdan keçdiyiniz zaman şəxsiyyət vəsiqəsinin fin kodunu, mobil nömrənizi və doğum tarixinizi qeyd etmək.

Nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız, yəni kartla edilən ödənişlər zamanı isə ƏDV-nin 15 faizi həcmində ödəniş geri qaytarılır.

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ