voen acmaq

voen.az

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!

Heydər Əliyev

voen yaratmaq

Fiziki şəxsin fərdi sahibkar kimi vergi uçotuna alınması

Fiziki şəxsin fərdi sahibkar kimi vergi uçotuna alınması Dövlət Vergi Xidmətinin təyin etdiyi qaydalara əsasən aşağıdaki şəkildədir:

Fiziki şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikası vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti ilə Bakı şəhəri ərazisində yerləşən “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

“ASAN Xidmət” mərkəzlərinin yerləşmədiyi inzibati ərazi vahidlərində isə həmin ərazidə yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə, poçt vasitəsilə isə qeydiyyatda olduqları ərazi üzrə vergi orqanına müraciət edilməsi mümkündür. 

Əlavə olaraq, əgər müraciət etmək istəyən şəxsin gücləndirilmiş elektron imzası varsa İnternet Vergi İdarəsi vasitəsilə, “asan imza”sı olan şəxslər isə Çağrı Mərkəzi (195) ilə əlaqə saxlamaqla fiziki şəxs kimi qeydiyyata alına bilərlər.

Əsaslandırma: Vergi Məcəlləsi 33.3-cü, 34.2-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanunun 1.1.6-cı maddəsi. 

VÖEN açılması üçün elektron müraciət

VÖEN (Fiziki şəxs və ya məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

VÖEN AÇ